Bakının mərkəzində yanan maşın belə söndürüldü – Video

Ötən gün axşam saatlarında paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsi ilə Molla Pənah Vaqif küçəsinin kəsişməsində avtomobil yanıb.

“Qafqazinfo” xəbər verir ki, yanğının söndürülməsinə polis əməkdaşları tərəfindən ilkin müdaxilə edilib. Bununla yanaşı, kəsişmədə yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin etmək və yanğınsöndürənlərin hadisə yerinə manesiz və təhlükəsiz şəkildə yaxınlaşması üçün zəruri şərait yaradılıb.

Yanğın qısa müddət ərzində söndürülüb.

Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More