Cəlilabadda evlərdən birində meyit aşkarlanıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Alar kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 25 yaşlı Mahmud Qasımov yaşadığı ünvanda ölü tapılıb.
M. Qasımovun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Surxay Şahbazov
Mənbə: Qafqazinfo.Az
Comments are closed, but trackbacks and pingbacks are open.