4-cü sinif şagirdinin gözünə qayçı ilə xəsarət yetirdi

Gəncədə məktəbli qayçı ilə şagird yoldaşına xəsarət yetirib.

“Qafqazinfo” xəbər verir ki, hadisə İsmət Qayıbov adına 1 nömrəli orta məktəbdə qeydə alınıb.

Belə ki, 4-cü sinif şagirdi S.Hüseynli göz nahiyəsindən xəsarət alıb. Bu səbəbdən məktəbə təcili tibbi yardım briqadası çağırılıb. Xəstəxanaya çatdırılan 2016-cı il təvəllüdlü şagirdə ilkin tibbi yardım göstərilib, vəziyyəti stabildir.

İlkin ehtimala görə, hadisə ehtiyatsızlıqdan baş verib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Aslan Vəliyev

Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More