Dünya liderlərindən aldığı hədiyyələri satır

İtaliyanın Baş naziri Corciya Meloni dünya liderlərindən aldığı hədiyyələri xeyriyyə məqsədilə satışa çıxarır.

“Qafqazinfo” xəbər verir ki, ABŞ-nin keçmiş Prezidenti Co Baydenin ona verdiyi keramika qabdan tutmuş Albaniya Baş naziri Edi Ramanın ona hədiyyə etdiyi ad günü şərfinə qədər təxminən 270 əşya ən yüksək qiymət təklif edənə satılacaq.

Hədiyyələrin ümumi dəyərinin təxminən 800 min avro (1,6 milyon manat) olduğu təxmin edilir.

Meloni xaricə səfərləri zamanı aldığı hədiyyələri Romada yerləşən Bertolami İncəsənət Hərrac Evi vasitəsilə satışa çıxaracaq. Hərracda təxminən 270 əşya olacaq, lakin əşyaların tam siyahısı hələ açıqlanmayıb.

İtaliya mətbuatındakı xəbərlərə görə, hədiyyələr arasında aşağıdakılar var:

– Albaniya Baş naziri Edi Ramadan 46-cı ad günü hədiyyəsi olan şərf;

– Hindistan Baş naziri Narendra Modidən ənənəvi Kerala libas;

– Slovakiya Prezidenti Peter Pelleqrinidən zərgərlik qutusu;

– Macarıstan Prezidenti Viktor Orbandan çini çay dəsti;

– ABŞ-nin keçmiş Prezidenti Co Baydendən keramika qab;

– Ukrayna Prezidenti Volodimir Zelenskidən lövhə;

– Liviya və ərəb ölkələrindən 15 xalça;

– Səudiyyə-İtaliya Biznes Şurasının direktoru Kamel Əl-Munacceddən mavi piton dərisindən ayaqqabı;

– Argentina Prezidenti Mileidən heykəl.

Qeyd edilir ki, hədiyyələr Meloninin ofisinin üçüncü mərtəbəsindəki anbarda kilidli şəkildə saxlanılır.

Hərracın tarixi hələ açıqlanmayıb.

Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More