“İDDA Awards” müsabiqəsinin mükafatlandırma prosesinə 4 ildə 500-ə yaxın iştirakçı qatılıb

“IDDA Awards” müsabiqəsi keçirdiyi 4 il ərzində müvafiq mükafatlandırma prosesinə 500-ə yaxın iştirakçı qatılıb.

Report” xəbər verir ki, bunu müsabiqənin mükafatlandırma tədbirində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) idarə heyətinin sədri Fərid Osmanov bildirib.

Onun sözlərinə görə, iştirakçılar müvafiq yerlərə və nominasiyalar üzrə yerlərə layiq görülüb: “Cari ildə həyata keçirilən bu tədbiri innovasiya sistemi də böyük maraqla qarşılayıb və bu il ərzində 4 ay davam edən nominasiyalar prosesi çərçivəsində artıq 162 müraciət qeydə alınıb. Bu 162 müraciət üzrə 58 mindən artıq vətəndaş açıq ictimai səsvermə həyata keçirib və bugünkü tədbir çərçivəsində də məhz mükafatlar üzrə müvafiq yerlər elan ediləcək”.

F.Osmanovun sözlərinə görə, bu il innovasiya ekosisteminin quruculuğu istiqamətində bir sıra tədbirlər həyata keçirilib: “Xüsusilə infrastruktur tədbirləri cari il ərzində innovasiya mərkəzlərinin şaxələndirilməsini dəstəkləmişik. Bakıda və regionlarda da startapların ideyadan real həll mərhələsinə qədər olan zəncirinin dəstəklənməsi məqsədilə ali təhsil müəssisələri ilə birgə müvafiq innovasiya mərkəzləri yaradılıb və bu məkanlar bu gün artıq aktiv şəkildə insanların toplaşma nöqtələrinə çevrilib”.

F.Osmanov bildirib ki, bu istiqamətdə insan kapitalının formalaşdırılması çox mühüm bir elementdir: “Bu məqsədlə bir çox proqramlar həyata keçirilib. Ötən müddətdə 10 mindən çox gənc agentliyin həyata keçirdiyi təlim proqramlarından yararlanıb və bu proses davam edir. Hazırda aktuallığını qoruyan və müraciətlərin toplandığı təhsil proqramlarımız mövcuddur ki, bunlar təhsil universitetləri və digər təhsil ocaqları ilə birgə həyata keçirilir. Cari ildə maliyyə ekosisteminə çıxışın təmin edilməsi, maliyyə vəsaitlərinə əlçatanlığın artırılması və fondların yaradılması istiqamətində də fəaliyyətlər həyata keçirilib”.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More