İnnovasiya ekosisteminin ən fəal oyunçuları mükafatlandırılıb

Bu gün İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşəbbüsü ilə Azərbaycanın innovasiya ekosistemində ən mühüm hadisələrdən biri olan “IDDA Awards” müsabiqəsinin mükafatlandırma mərasimi baş tutub.

Tədbirdə innovasiya ekosisteminin 200-ə yaxın oyunçusu ilə yanaşı, startaplar, böyük şirkətlərin və müxtəlif dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Bu il müsabiqəyə 8 fərqli nominasiya üzrə ümumilikdə 162 müraciət daxil olub. Onlardan 119 müraciət ictimai səsvermə mərhələsinə keçib və sonda hər nominasiya üzrə 5 finalçını münsiflər heyəti qiymətləndirib.

Tədbirin rəsmi hissəsində İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov, İRİA-nın İnnovasiya ekosistemi departamentinin müdiri Taleh Kərimli, eləcə də İnvestisiya və miqyaslaşma şöbəsinin müdiri Ağahüseyn Əhmədov çıxış edərək ölkədə innovasiya və rəqəmsal transformasiya sahəsində görülən işlər, ekosistemin inkişaf perspektivləri və “IDDA Awards”un bu prosesdə rolu barədə fikirlərini bölüşüblər.

“IDDA Awards 2025″in qalibləri:

  • İlin Startapı – IMED
  • İlin Rezidenti – Era Soft Digital Solutions
  • İlin Ekosistem Lokomotivi – Emiliya Əhmədova
  • İlin Ekosistem Oyunçusu – Yaradıcı Mərkəz
  • İlin Bacarıq Gücü – STEP IT
  • İlin Texnologiya Tədbiri – Baku ID
  • İlin İKT-də Qadını – Emiliya Əhmədova
  • İlin Rəqəmsal Layihəsi – e-AHİK

“IDDA Awards” Azərbaycanda innovasiyaların təşviqinə, startapların yaratdığı qabaqcıl texnoloji həllərin tanıdılmasına və innovativ layihələrin həm dövlət, həm də özəl sektorda tətbiqinin stimullaşdırılmasına xidmət edən mühüm platformadır. Müsabiqə iştirak edən və xüsusilə də qalib olan layihələr üçün ekosistemdə tanınmaqla yanaşı, şəbəkələşmə və yeni tərəfdaşlıqların qurulması baxımından geniş imkanlar yaranır.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More