Nadir Hüseynov sükan arxasında ürəktutmadan vəfat etdi – Yenilənib

Tanınmış bədii qiraətçi, Əməkdar müəllim Nadir Hüseynov vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə APA-ya aktyor Nofəl Vəliyev məlumat verib.

Onun sözlərinə görə, Nadir Hüseynovun sükan arxasında ürəyi dayanıb, daha sonra avtomobil idarəetmədən çıxaraq maneəyə çırpılıb.

Qeyd edək ki, N. Hüseynov 1952-ci ildə Neftçala rayonunun Qırmızıkənd kəndində anadan olub. M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. O, daha çox AzTV-də yayımlanan “Ozan” folklor toplusu verilişinin aparıcısı kimi tanınıb.

Nadir Hüseynov uzun illərdir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Səhnə danışığı” fənnini tədris edirdi.

***

TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 11:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nəsimi rayonundan yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb: “Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Əməkdar artist Nadir Hüseynovun həkiməqədər ölüm faktı qeydə alınıb.

Hadisə nəticəsində xəsarət alan digər şəxs (qadın) travma diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub”.

Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More