Yanacaqdoldurma və qaz təchizatı obyektləri ilə bağlı – Qərar

“Yanacaqdoldurma və qaz təchizatı obyektlərinin quraşdırılması və istismarına ümumi lisenziya”, “Yanacaqdoldurma və qaz təchizatı obyektlərinin quraşdırılmasına xüsusi lisenziya” və “Yanacaqdoldurma və qaz təchizatı obyektlərinin istismarına xüsusi lisenziya” blanklarının formalarını təsdiqlənib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, yeni formalar hökumətin “Lisenziya blanklarının və əlavələrinin hazırlanmasına sifarişin verilməsi, onların bölgüsünün həyata keçirilməsi, blanklardan istifadənin uçotunun və hesabatının aparılması Qaydası”nın və lisenziya, ümumi lisenziya, xüsusi lisenziya blanklarının və əlavələrinin formalarının təsdiq edilməsi haqqında” 5 avqust 2016-cı il tarixli qərarına əlavə edilib.

Mənbə: Qafqazinfo.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More