Arabadan yıxılan 10 aylıq körpə öldü

Şamaxıda körpənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, dekabrın 17-si saat 05 radələrində 02.02.2025-ci il təvəllüdlü Elgün Elşən oğlu Süleymanov yaşadığı Şamaxı şəhəri Namazəliyev küçəsindəki evdə arabadan yıxılıb.

Ehtiyatsızlıqdan yıxılan 10 aylıq körpə vəfat edib.

Faktla bağlı araşdırmalar aparılır.

Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More