Gədəbəydə 65 yaşlı kişi qayadan yıxılıb öldü

Gədəbəy sakini bədbəxt hadisə nəticəsində ölüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə dekabrın 17-si saat 11 radələrində Söyüdlü kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin 1960-cı il təvəllüdlü sakini Musa Həsən oğlu Həsənov 10-12 metr hündürlüyü olan qayadan yıxılıb.

O, hadisə yerində vəfat edib.

Faktla bağlı araşdırmalar aparılır.

Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More