“Azercell”in dəstəyi ilə Uşaq Paralimpiya Oyunları keçiriləcək

Milli Paralimpiya Komitəsinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və “Azercell Telekom” MMC-nin dəstəyi ilə Sumqayıt şəhərində Uşaq Paralimpiya Oyunları keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, dekabrın 20-də baş tutacaq oyunlarda sağlamlıq imkanları məhdud 130 uşaq paracüdo, parataekvondo, parapauerliftinq, paraüzgüçülük, parabadminton, parastolüstü tennis, parakamandan oxatma və boccia daxil olmaqla 8 idman növü üzrə müxtəlif kateqoriyalarda yarışacaq.

Uşaq Paralimpiya Oyunlarının əsas məqsədi inklüziv cəmiyyətin inkişafına töhfə vermək, sağlamlıq imkanları məhdud uşaqların idmana cəlb olunmasını təşviq etməkdir.

Qeyd edək ki, “Azercell” 2014-cü ildən etibarən Uşaq Paralimpiya Hərəkatının əsas tərəfdaşlarından biridir. Şirkətin davamlı dəstəyi nəticəsində bu illər ərzində yüzlərlə uşaq idmanla məşğul olmaq imkanı əldə edib, Uşaq Paralimpiya Komitəsinin fəaliyyət imkanları əhəmiyyətli dərəcədə genişlənib. Bu təşəbbüs ölkədə Paralimpiya Hərəkatının genişlənməsi üçün münbit şərait yaratmaqla yanaşı, sağlamlıq imkanları məhdud uşaqların fiziki və psixoloji rifahının yüksəlməsinə, motivasiyalarının artmasına və cəmiyyətə daha fəal inteqrasiyasına müsbət təsir göstərib.

Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More