Rusiya Prezidenti Vladimir Putinin bu gün keçirdiyi ənənəvi illik mətbuat konfransında maraqlı hadisə baş verib.
“Qafqazinfo” xəbər verir ki, Yekaterinburqdan olan jurnalist Kirill Bajanov tədbirə “Evlənmək istəyirəm” yazılı plakatla gəlib.
22 yaşlı jurnalistə söz verildikdə isə o, canlı yayımda sevdiyi xanıma evlilik təklif edib və Rusiya liderini toyuna dəvət edib: “Plakatda yazılan doğrudur. Bilirəm ki, o, hazırda məni izləyir. Mənə ərə gəl. Vladimir Vladimiroviç, sizi toyumuzda görməkdən şad olarıq”.
Həmin anın görüntülərini təqdim edirik:
Mənbə: Qafqazinfo.Az
Comments are closed, but trackbacks and pingbacks are open.