Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib.
Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2026-cı il 1 aprel saat 06:00-dək uzadılıb.
Qeyd edək ki, bundan əvvəl xüsusi karantin rejimi 1 yanvar 2026-ci ilədək müddəti əhatə edirdi.
Mənbə: Qafqazinfo.Az
Comments are closed, but trackbacks and pingbacks are open.