Şəkidə canavar kəndə hücum etdi – Xəsarət alanlar var+Yenilənib

Şəkinin Bideyiz kəndində canavar insanlara hücum edib.

“Qafqazinfo” xəbər verir ki, nəticədə 5 nəfər xəsarət alıb.

Canavarın kənddə vahimə yaratdığı bildirilir. Dövlət qurumları hadisə barədə məlumatlandırılıb. 

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib. Xəsarət alan 5 nəfər xəstəxanaya aparılıb.

***

Canavarın parçaladığı şəxslərin adları məlum olub.

Onlar – 1998-ci il təvəllüdlü Nazilə Qurbanova, 1976-cı il təvəllüdlü Sevinc Qurbanova, 1973-cü il təvəllüdlü Gündüz Lətifov, 1998-ci il təvəllüdlü Fariz Lətifov və 2020-ci il təvəllüdlü Zaur Qurbanovdur.

Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More