“Qafqazinfo”nun rəsmi instaqram səhifəsinə kiberhücum olub. Buna səbəb isə şənbə günü “Təhsil TV”yə istinadla yayımladığımız “Üzündən oxuya bilmir, hər il yarısı ana dilindən kəsilir…” materialıdır.
Sözügedən reportaj həm saytımızda, həm də sosial şəbəkə hesablarımızda tirajlanıb. Bir neçə saat sonra isə 618 min izləyicisi olan səhifəmiz həmin videoda müəllif hüquqlarının pozulduğu ilə bağlı xəbərdarlıq edilərək bağlanıb. Şikayətin isə [email protected] tərəfindən edildiyi qeyd olunub.
Videonun müəllifi olan “Təhsil TV”dəki həmkarlarımızla dərhal əlaqə saxladıq. Məlum oldu ki, onlar video ilə bağlı heç bir şikayət etməyiblər, həmin gmail hesabını da tanımırlar.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib ki, hazırda müraciət üzrə araşdırma aparılır.
Qeyd etmək istəyirik ki, son aylar instaqram səhifəmiz ölkənin ən çox baxılan xəbər səhifələrindən biridir, aylıq 130 milyon, həftəlik 35 milyon baxışa sahibdir. Bu isə hansısa kiberqruplaşmanı narahat etməyə bilməzdi.
Biz bunu saytımıza kiberhücum hesab edirik və [email protected] işlədən şəxs və şəxslərin məsuliyyətə cəlb olunacağına inanırıq.
Mənbə: Qafqazinfo.Az
Comments are closed, but trackbacks and pingbacks are open.