Dünən Quba rayonunda ağır yol qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, rayon sakini B.Allahverdiyev idarə etdiyi “Nissan” markalı avtomobillə Quba şəhərində yolu keçən Humay Tofiq qızı Zeynalovanı vurub.
Ağır xəsarətlər alan qadın hadisə yerində ölüb.
Faktla bağlı Quba Rayon Polis Şöbəsində cinayət işi başlanıb. Araşdırma aparılır.
Mənbə: Qafqazinfo.Az
Comments are closed, but trackbacks and pingbacks are open.