Dəhşətli qəzanın şahidi olan bələdçilər də təqdimata qatıldı – Fotolar

Xəbər verdiyimiz kimi, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) ötən il dekabrın 25-də Qazaxıstanda qəzaya uğrayan təyyarəsinə həsr olunmuş poçt markası buraxılıb.

“Qafqazinfo”nun məlumatına görə, təqdimat mərasimində qəzada sağ qalan bələdçilər – Aydan Rəhimli və Zülfüqar Əsədov da iştirak edib. 

Qeyd edək ki, markanın dizaynında yer alan sonsuzluq simvolu faciəli hadisənin, onun qurbanlarının və milli tariximizdə iz qoymuş ekipajın qəhrəmanlığının yaddaşlarda daim yaşadılmasını ifadə edir.

Sözügedən layihə xeyriyyəyönümlüdür. Xatirə poçt markalarının satışından əldə edilən bütün vəsait “YAŞAT” Fonduna ianə olunacaq.

Əməkdaşımız Xəyal Vəlizadənin lentə aldığı fotoları təqdim edirik:




Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More