Hakimin öldüyü qəzanın görüntüləri – Video

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayevanın həlak olduğu yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.

“Qafqazinfo” xəbər verir ki, Novxanı-Pirşağı avtomobil yolunda baş vermiş qəzada A. Rzayevanın olduğu “Nissan Sunny” markalı avtomobil digər nəqliyyat vasitəsi ilə toqquşub.

Hadisə vaxtı avtomobili mərhum hakim özü deyil, başqa bir şəxs idarə edib.

Bildirilib ki, hadisə Aynur Rzayeva işdən çıxıb evə gedərkən olub.

Qeyd edək ki, qəza nəticəsində A. Rzayeva ağır xəsarətlər alaraq xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, o, tibb müəssisəsində vəfat edib. Avtomobili idarə edən sürücü isə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

Aynur Rzayeva Birinci Qarabağ müharibəsi şəhidi Tapdıq Rzayevin övladıdır.

Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More