Dekabrın 22-si saat 16 radələrində Bakıda küçədən meyit tapılıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə Yasamal rayonu Mustafa Sübhi küçəsində qeydə alınıb.
Belə ki, üzərində zorakılıq əlamətləri görünməyən 40-45 yaşlı meyit qadına məxsusdur.
Ölən şəxsin kimliyini müəyyən etmək məqsədilə tədbirlər həyata keçirilir.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
Mənbə: Qafqazinfo.Az
Comments are closed, but trackbacks and pingbacks are open.