“CityCard”da süni intellekt əsaslı dəstək xidməti istifadəyə verildi

Gəncə şəhərində ictimai nəqliyyatda tətbiq olunan nağdsız ödəniş sisteminin funksionallığının artırılması məqsədilə “CityCard Azerbaijan” mobil tətbiqində süni intellekt əsaslı yeni dəstək xidməti istifadəyə verilib.

Yeni funksiya sərnişinlərin “CityCard”la bağlı yaranan suallarına operativ və fasiləsiz şəkildə cavab almalarına imkan yaradır. 

Süni intellekt əsaslı dəstək xidməti vasitəsilə istifadəçilər ödəniş prosesi, kart balansı, tətbiqin funksiyaları və digər mövzular üzrə məlumatları qısa müddətdə əldə edə bilərlər.

Qeyd olunan funksiya sərnişin məmnuniyyətinin artırılması, xidmətə əlçatanlığın genişləndirilməsi və rəqəmsal həllərin tətbiqi istiqamətində atılan növbəti addımdır.

Xidmətdən istifadə etmək üçün vətəndaşlar “CityCard Azerbaijan” mobil tətbiqinə daxil olaraq sol yuxarı küncdə telefon nömrəsi bölməsinə keçid etməli və açılan səhifədə “CityCard” dəstək xidmətini seçməlidirlər. Bundan sonra istifadəçilərin sualları dərhal cavablandırılır.

Yeni funksiyanın tətbiqi Gəncə şəhərində ictimai nəqliyyat sahəsində innovativ texnologiyaların tətbiqinin genişləndirilməsinə və xidmət keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More