“Sirab”ın yubiley filmi sosial şəbəkələri fəth etdi – Bir kadrda 75 il

“Sirab”ın yubileyi münasibətilə hazırlanan film qısa müddətdə sosial şəbəkələrdə böyük maraq qazanıb.

“One shot” texnikası ilə çəkilən layihə fasiləsiz görüntü axını ilə dörd fərqli dövrün səhnədə canlı şəkildə qurulmasını əks etdirir. Film boyunca “Sirab”ın 75 il ərzində dəyişən orijinal şüşə dizaynları ardıcıl şəkildə nümayiş olunur və brendin vizual təkamülü diqqətə çatdırılır. Çəkiliş prosesində tarixi arxivlərdən çıxarılmış geyimlər, əşyalar və aksesuarlar istifadə edilərək dövrlərin atmosferi dəqiq şəkildə qurulub.

Yubiley filmi “Sirab”ın illərdir insanların həyatının müxtəlif anlarında yer alan bir marka olduğunu vizual dillə təqdim edir. Layihə vasitəsilə “Sirab”ın təkcə bir brend deyil, nəsildən-nəslə ötürülən xatirələrin ayrılmaz parçası olduğu vurğulanır.

Layihə həm texniki icra, həm də vizual həll baxımından seçilən işlərdən biri kimi dəyərləndirilir. Filmin hazırlanması iki aydan artıq davam edib və bu müddətdə 105 nəfərlik  peşəkar heyət layihənin ərsəyə gəlməsi üçün çalışıb. Nəticədə ortaya çıxan yubiley filmi hazırda rəqəmsal platformalarda 21 milyondan çox baxış toplayaraq geniş auditoriyanın diqqət mərkəzində qalmaqda davam edir.



Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More