Azərbaycanda problemli kreditlər artdı – Mərkəzi Bank məlumat yaydı

Azərbaycanda problemli kreditlərin məbləği 12 %-dən çox artıb.

“Qafqazinfo” Mərkəzi Banka (AMB) istinadən xəbər verir ki, bu il dekabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 557,6 milyon manat təşkil edib.

Bu, noyabrın 1-i ilə müqayisədə 2,35 % çoxdur.

Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 24,2 %, son 1 ildə isə 12,3 % artıb.

Noyabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,8 % təşkil edib. Bu nisbət oktyabrın sonuna 1,7 %, ötən il dekabrın sonuna 1,5 %, ötən il noyabrın sonuna isə 1,7 % olub.

Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More