Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni hakimləri – Fotolar

Bakı Ağır Cinayətlər Məhkəməsinə 4 yeni hakim təyin edilib.

“Qafqazinfo”nun məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Murad Aslanov, Firdovsi Əliyev, Kamil Əliyev və Aygün Qurbanova təyinat alıblar.

Fotoda: Aygün Qurbanova 

K.Əliyev və A.Qurbanova bir müddət idi eyni məhkəməyə ezam edilmişdilər.

Fotoda: Kamil Əliyev

Yeni hakim Firdovsi Əliyev isə indiyədək Masallı Rayon Məhkəməsinin sədri idi. Bundan sonra isə Bakıda hakim kimi işləyəcək.

Fotoda: Murad Aslanov

Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More