Bakıda məktəbliləri daşıyan mikroavtobus əks zolağa çıxdı – Video

Bakıda şagirdləri daşıyan servis avtobusu qəza şəraiti yaradıb.

“Qafqazinfo” Baku.ws-ə istinadən xəbər verir ki, hadisə Yeni Yasamaldan Kənar Dairəvi yola daxil olan ərazidə qeydə alınıb.

Bu zaman avtobus əks yola çıxaraq qarşıdan gələn avtomobillər üçün potensial təhlükə yaradıb.

Digər sürücülərin sözlərinə görə, 77-CH-454 dövlət nömrə nişanlı mikroavtobus tez-tez qaydaları pozaraq uşaqların həyatını təhlükəyə atır.

Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More