İki nəfərin öldüyü avtobus qəzası ilə bağlı cinayət işi açıldı

Bu gün Qaradağ rayonunda sərnişin avtobusunun iştirakı ilə baş vermiş ağır qəza ilə bağlı cinayət işi açılıb.

Bu barədə “Qafqazinfo”ya DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, hadisə saat 09:00 radələrində Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonu ərazisindən keçən 46-cı kilometrliyində qeydə alınıb:

“Belə ki, “Suzuki” markalı avtobus qarşıda gedən S.Mustafayevin idarə etdiyi “Mercedes” markalı avtobusla toqquşub. Hadisə nəticəsində “Mercedes” markalı avtobusda olan sərnişinlərindən 2 nəfər hadisə yerində həyatını itirib. Faktla bağlı cinayət işi açılıb, istintaq hərəkətləri aparılır”.

Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More