Körpü uçdu, kanala düşən kombayn sürücüsü öldü – Foto

Sabirabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Sarxanbəyli kəndində olub.

Belə ki, kənd ərazisində pambıqyığan kombayn su kanalı üzərində olan körpüdən keçərkən körpü uçub. Nəticədə kombayn aşaraq suya düşüb. Qəzada  37 yaşlı sürücü Nurlan Kərimli hadisə yerində ölüb.

İlkin ehtimala görə, qəzaya səbəb körpünün qəzalı vəziyyətdə olmasıdır. 

Faktla bağlı araşdırma aparılır. 

Qeyd edək ki, mərhum 3 uşaq atası imiş.

Surxay Şahbazov

Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More