Bu gün Bakıda Fövqəladə Hallar Nazirliyinin zabiti qəfil vəfat edib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin Bakı Regional Mərkəzinin Növbətçi Hissəsinin rəisi polkovnik-leytenant Rəşad Namiq oğlu Həsənovun səhhəti iş yerində qəfil pisləşib. O, dərhal mərkəzin tibb məntəqəsinə çatdırılsa da, vəfat edib.
18 ildir FHN-də xidmət edən R.Həsənovun cənazəsi dəfn olunmaq üçün Qusar rayonuna aparılıb.
Aslan Vəliyev
Mənbə: Qafqazinfo.Az
Comments are closed, but trackbacks and pingbacks are open.