2025-ci il yaddaşımıza xoş xatirələrlə yanaşı, həm də böyük itkilərin ili kimi həkk olundu. Hakimiyyət kürsülərindən səhnələrə qədər uzanan bu itkilər zamanın heç kəsə güzəşt etmədiyini göstərdi. Bu il müxtəlif sahələrdə tanınmış, fəaliyyəti ilə cəmiyyətin yaddaşında iz qoymuş şəxsləri itirdik…
“Qafqazinfo” bu il vəfat edən azərbaycanlı ictimai-siyasi və mədəniyyət xadimlərinin siyahısını təqdim edir:
Yanvarın 5-də 39 yaşlı aktyor Azər Baxşəliyev
Yanvarın 15-i 45 yaşlı aktrisa Çimnaz Sultanova
.jpg)
Fevralın 17-si Ədalət Partiyasının sədri 87 yaşlı İlyas İsmayılov
.jpg)
Martın 16-da 74 yaşlı Xalq artisti Ənvər Həsənov
.jpg)
Martın 16-sı 76 yaşlı Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev

Martın 17-də rəssam 79 yaşlı Nağdəli Xəlilov

İyunun 23-ü 73 yaşlı təhsil eksperti Nadir İsrafilov

İyulun 8-də 29 yaşlı şair Həsən Kür

İyulun 24-ü 83 yaşlı sabiq deputat Xanhüseyn Kazımlı

Avqustun 1-də 87 yaşlı Xalq artisti Arif Babayev
(1).jpg)
Avqustun 2-si Şəki Dövlət Dram Teatrının 63 yaşlı aktrisası Brilyant Babayeva
(1).jpg)
Avqustun 3-də 82 yaşlı Xalq yazıçısı Elçin Əfəndiyev
(1).jpg)
Avqustun 13-də 68 yaşlı şair, jurnalist Kəramət Şükürov
.jpg)
Avqustun 14-ü 63 yaşlı yazıçı, prodüser Vüqar Tapdıqlı
.jpg)
Avqustun 16-sı 98 yaşlı yazıçı Vidadi Babanlı
.jpg)
Avqustun 19-da 85 yaşlı şair Məmməd İsmayıl
.png)
Avqustun 20-si 86 yaşlı şair Arif Əbdüloğlu

Avqustun 27-də 47 yaşlı siyasi şərhçi Rüstəm Qaraxanlı
.jpg)
Sentyabrın 8-də 77 yaşlı Xalq rəssamı Nazim Bəykişiyev
.jpg)
Sentyabrın 13-də 86 yaşlı Xalq artisti Hacı Murad Yagizarov
.jpg)
Sentyabrın 20-də AzTV-nin keçmiş sədri Məmməd Murad

Sentyabrın 20-si 83 yaşlı hərbi jurnalist, nasir Şəmistan Nəzirli

Sentyabrın 23-də kəşfiyyatçı Xanı kimi tanınan 54 yaşlı Səyyaf Əhmədov minaya düşərək həlak olub.

Sentyabrın 29-u 49 yaşlı Əməkdar artist Cabir İmanov

Oktyabrın 3-də 75 yaşlı sabiq səhiyyə naziri Oqtay Şirəliyev

Oktyabrın 9-da 89 yaşlı Xalq artisti Əminə Yusifqızı

Oktyabrın 11-də general-mayor Rasim Əliyev

Oktyabrın 13-də 71 yaşlı şair Əlisəmir Kür

Oktyabrın 14-də 64 yaşlı sabiq icra başçısı Ayvazalı Orucov

Oktyabrın 15-də 78 yaşlı Xalq artisti Ramiz Quliyev

Oktyabrın 16-da 86 yaşlı pambıq ustası Fatma Hüseynova
.jpeg)
Oktyabrın 16-da 46 yaşlı əməkdar artist Rəşad Bəxtiyarov
.png)
Oktyabrın 21-də Əməkdar mədəniyyət işçisi, tarzən Fərhad Paşayev

Oktyabrın 23-də ilahiyyatçı-alim Fazil İsmayılov

Noyabrın 6-da 73 yaşlı Əməkdar artist Vahid Əliyev
.png)
Noyabrın 11-də 96 yaşlı Xalq artisti, rəqqasə Roza Cəlilova
.png)
Noyabrın 18-də 66 yaşlı Əməkdar artist Yadigar Muradov

Noyabrın 22-si bir müddət əvvəl fəaliyyətinə son verilmiş Azadlıq Partiyasının 66 yaşlı sədri Əhməd Oruc

Noyabrın 22-si 53 yaşlı şair, qəzəlxan Arif Buzovnalı
.jpg)
Dekabrın 9-da Əməkdar məşqçi Rəayət Abdalov

Dekabrın 12-si 80 yaşlı sabiq icra başçısı Sərdar Məmmədov

Dekabrın 14-ü 84 yaşlı sabiq dövlət müşaviri Vahid Axundov

Dekabrın 17-si bədii qiraətçi, Əməkdar müəllim Nadir Hüseynov

Hazırladı: Nuranə Daxilqızı
Mənbə: Qafqazinfo.Az
Comments are closed, but trackbacks and pingbacks are open.