Ağdamda 2 avtomobil toqquşdu, ər-arvad yaralandı – Yenilənib

Ağdamda iki minik avtomobilinin toqquşması nəticəsində ər və arvad xəsarət alıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Bənövşələr qəsəbəsi ərazisində qeydə alınıb.

Məlumata görə, hərəkətdə olan “Toyota” markalı avtomobil “VAZ 2107” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Qəza nəticəsində “VAZ”ın sürücüsü və həyat yoldaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

***

Qəzada xəsarət alanların kimliyi məlum olub.

Məlumata görə, “VAZ 2107” markalı avtomobilin sürücüsü rayonun Sarıcalı kənd sakini 52 yaşlı Taleh Camal oğlu Mehdiyev və onun həyat yoldaşı 42 yaşlı Aliyə Cəmil qızı Mehdiyevadır.

Ziya Əmirxanlı

Mənbə: Qafqazinfo.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More