“Azərbaycan benzini almaq çox sərfəlidir” – Mirzoyan

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkəsinin Azərbaycanla iqtisadi əməkdaşlıq cəhdləri və mövcud sülh prosesi barədə danışıb.

“Qafqazinfo” xəbər verir ki, Ermənistanın İctimai Televiziyasına müsahibə verən nazir bu ölkədə Azərbaycan benzininin satılmasına münasibət bildirib.

O, Azərbaycan yanacağının alınmasının Ermənistan vətəndaşları üçün çox sərfəli olduğunu vurğulayıb: “Boykot çağırışlarının olduğunu gördüm, amma növbələrin də olduğunu öyrənmişəm”.

XİN rəhbəri iki ölkə arasında hələ həllini tapmamış problemlərin qaldığını da diqqətə çatdırıb: “Sülh bərqərar olub, əməkdaşlığa cəhdlər var, amma bu, lazımi yolu keçdiyimiz anlamına gəlmir”.

Mənbə: Qafqazinfo.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More