Azərbaycan Müstəqil Dövlətlər Birliyinin Hökümətlərarası Feldyeger Rabitəsinin Koordinasiya Şurasının 39-cu iclasında təmsil olunub.
“Report” xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.
Bildirilir ki, Rusiyanın paytaxtı Moskvada baş tutan iclasda Azərbaycanı Dövlət Xidməti təmsil edib. İclasda MDB-yə üzv dövlətlərin feldyeger rabitəsi xidmətlərinin nümayəndə heyətləri iştirak edib. Tədbir çərçivəsində Koordinasiya Şurasına üzv dövlətlərin rəhbərləri, hökumətləri və mərkəzi icra hakimiyyəti orqanları arasında rəsmi yazışmaların operativ və təhlükəsiz şəkildə çatdırılmasının təmin olunması ilə bağlı məsələlər müzakirə edilib. İclasın yekunlarına dair müvafiq protokol imzalanıb.
Xatırladaq ki, Şuranın 38-ci iclası Azərbaycanın sədrliyi ilə Bakıda keçirilib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.