Xəbər verdiyimiz kimi, 2012-ci ildə Lənkəranın Nərimanabad qəsəbəsində itkin düşmüş Təranə Ağayevanın qətlə yetirildiyi müəyyənləşib.
“Qafqazinfo”nun Xəzər TV-yə istinadən məlumatına görə, sonuncu dəfə işlədiyi sahədən gələrək əşyalarını evə qoyub gedən T.Ağayeva bir daha geri qayıtmayıb.
Bundan narahat olan ailə polisə müraciət edib. 13 il ərzində aparılan axtarışlar heç bir nəticə verməyib.
Nəhayət bu il onun 55 yaşlı həmkəndlisi Əliağa Kazımov tərəfindən qətlə yetirilməsinə əsaslı şübhələr yaranıb. Ə.Kazımov öldürüb basdırdığı Təranə Ağayevanın cəsədinin yerini hüquq-mühafizə orqanlarının əməkdaşlarına göstərib.
Mərhumun qalıqları həmin yerdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib, Ə.Kazımov isə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Daha ətraflı videomaterialda:
Mənbə: Qafqazinfo.Az
Comments are closed, but trackbacks and pingbacks are open.