Türkiyədə 61 təyyarə reysi ləğv olundu

“Türk Hava Yolları” (THY) Türkiyənin şərq və mərkəzi hissələrində gözlənilən əlverişsiz hava şəraiti ilə əlaqədar 31 dekabr tarixinə planlaşdırılan 61 reysini ləğv edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə aviaşirkətin sosial media hesablarında rəsmi məlumat paylaşılıb.

Bildirilib ki, uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə bəzi istiqamətlər üzrə səfərlər ləğv olunub.

Qeyd edək ki, reysləri ləğv olunan sərnişinlər biletlərini başqa tarixə dəyişmək və ya geri qaytarmaq hüququndan istifadə edə bilərlər. Hazırda digər reyslərin cədvəl üzrə yerinə yetirilməsi planlaşdırılır.

Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More