Ağsuda bacı-qardaş dəm qazından zəhərləndi

Ağsuda bacı-qardaş dəm qazından zəhərlənib. 

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Kəndoba ərazisində baş verib. 

Kənd sakinləri – 1996-cı il təvəllüdlü Məhəmməd Cabir oğlu Əliyev və 2002-ci il təvəllüdlü Aynur Cabir qızı Əliyeva yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Hər iki şəxs Ağsu Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Reanimasiya şöbəsinə yerləşdirilən bacı və qardaşın vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Mübariz Muradov

Mənbə: Qafqazinfo.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More