“İmarət” stadionunun tikintisinə 60 milyondan çox pul ayrıldı

Gənclər və İdman Nazirliyi “PMD Project” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlayıb.

“Qafqazinfo” İqtisadiyyat.az-a istinadla xəbər verir ki, müqavilədə “İmarət” stadionun tikinti işlərinin birinci mərhələsinin satın alınması nəzərdə tutulub.

Müqavilənin maliyyə dəyəri isə 60,5 milyon manat müəyyənləşib.

Qeyd edək ki, “PMD Project” şirkətinin direktoru Nəriman Topçibaşevdir. O, 2021-ci ildən MMC-nin direktoru olaraq çalışır.

Mənbə: Qafqazinfo.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More