Onların azad edilməsi məqsədilə xüsusi komissiya yaradıldı

Venesuela hakimiyyəti ölkə Prezidenti Nikolas Maduro və xanımı Siliya Floresin azad edilməsi məqsədilə xüsusi komissiya yaradıb”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Venesuelanın informasiya və kommunikasiya naziri Freddi Nyanes deyib.

O bildirib ki, müvafiq komissiyaya Milli Assambleyanın sədri Xorxe Rodrigez rəhbərlik edəcək.

Xatırladaq ki, yanvarın 3-ü ABŞ hərbi qüvvələri Venesuelanın paytaxtı Karakasda və ətraf ştatlarda 11 strateji hədəfə genişmiqyaslı zərbələr endirib. Ölkə Prezidenti Nikolas Maduro və xanımı Siliya Floreslə birlikdə ələ keçirilərək ölkədən çıxarılıb.

Mənbə: Qafqazinfo.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More