Azərbaycanda dövlət qurumlarını hədəf alan bloklanmış saxta domen sayı kəskin artıb

2025-ci ildə Azərbaycanda dövlət qurumlarının adına bənzər 52 saxta domen bloklanıb.

“Report”un Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2024-cü illə müqayisədə 48 % azdır.

Təkcə IV rübdə 26 saxta domen bloklanıb ki, bu da əvvəlki rübə nisbətən 3,7 dəfə, 2024-cü ilin eyni dövrünün göstərici ilə müqayisədə isə 13 % çoxdur.

Xatırladaq ki, 2024-cü ildə dövlət qurumlarını hədəf alan 100 saxta domen aşkarlanaraq bloklanıb.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More