Lənkəranda məzar daşını sındıran şəxs həbs edildi

Lənkəran rayonunda qəbiristanlıqlardan birində qəbir daşının qəsdən sındırılması barədə polisə müraciət daxil olub.

“Qafqazinfo” xəbər verir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 59 yaşlı Fuad Təbibzadə müəyyən edilərək saxlanılıb. Saxlanılan şəxs qəbir daşının üzərindəki şəkli məzarlıq üçün uyğun görmədiyi üçün gecə saatlarında qəsdən sındırdığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.

Mənbə: Qafqazinfo.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More