Masallıda 34 yaşlı kişi xəstəxanada ölüb.
“Qafqazinfo” xəbər verir ki, hadisə dünən saat 17 radələrində rayondakı mərkəzi xəstəxanada baş verib.
Mollahəsənli kənd sakini 1992-ci il təvəllüdlü Nəriman Rəhman oğlu Bağırzadə daxili qanaxma ilə xəstəxanaya yerləşdirilib və cərrahi əməliyyat zamanı ölüb.
Bildirilir ki, N.Bağırzadə son 2 gündə özünü narahat hiss edirmiş. Xəstəxanada ilkin müayinə zamanı onun qarın boşluğuna xeyli qan toplandığı məlum olub və əməliyyat qərarı verilib.
Faktla bağlı araşdırma aparılır.
***
Hadisə ilə bağlı Masallı Rayon Mərkəzi Xəstəxanasından sorğumuza cavab olaraq bildirilib ki, ötən gün saat 14:40 radələrində halsızlıq və soyuqdəymə şikayətləri ilə 1992-ci il təvəllüdlü kişi Masallı Rayon Mərkəzi Xəstəxanasına təcili tibbi yardım briqadası tərəfindən hospitalizasiya olunub.
“Ona dəqiqləşdirilməmiş hipotenziya diaqnozu təyin edilib.
Pasiyentə dərhal tibbi yardım göstərilib və instrumental müayinələr aparılıb. İnstrumental müayinə nəticəsində pasiyentin qarın boşluğunda sərbəst maye olması müəyyən edilib və dərhal əməliyyat blokuna alınıb.
Cərrahi əməliyyat zamanı dalağın qopması və dağılması, qaraciyərin coxsaylı cırılmış yaraları, sol böyrəyin qopması, qarın boşluğunda təxminən 4,5 litrə yaxın sərbəst maye (qan) diaqnozu müəyyən edilib.
Aparılan reanimasia tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq 07.01.2026-cı il tarixində saat 16:40 radələrində pasiyentin bioloji ölüm faktı qeydə alınıb”, – məlumatda vurğulanıb.
Mənbə: Qafqazinfo.Az
Comments are closed, but trackbacks and pingbacks are open.