Nizami Gəncəvinin adı “Hollivud” filmində səhv yazıldı – Video

Amerikalı rejissor Co Karnahanın “Not Without Hope” (“Ümidsiz olma”) adlı filminin yayımlanan treylerində diqqətçəkən texniki səhvə yol verilib.

“Qafqazinfo” xəbər verir ki, treylerin sonunda böyük Azərbaycan şairi Nizami Gəncəviyə aid sitat yer alıb:

“Çətinlik anında ümidsiz olmayın, çünki büllur yağış qara buludlardan yağır”.

Lakin titrda müəllifin adı Nizami əvəzinə “Izami Ganjavi” kimi təqdim olunub.

Sözügedən sitat və adın səhv yazılışı filmin rəsmi treylerində yer alır. Texniki yanlışlığın filmin yekun versiyasında aradan qaldırılıb-qaldırılmayacağı ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, film sağ qalma (survival), dram və triller janrlarında çəkilib və real hadisələrə əsaslanır. Ekran işi okeanda baş verən faciədən sonra həyat uğrunda mübarizə aparan insanların hekayəsindən bəhs edir.

Filmdə baş rolları “Hollivud” aktyorları Zaxarı Levi və Coş Duhamel canlandırır.

Mənbə: Qafqazinfo.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More