Xamenei etirazlarla bağlı xalqa müraciət etdi – Yenilənib

Bu gün İranın ali rəhbəri Seyid Əli Xamenei ölkədəki etirazlarla bağlı çıxış edəcək. 

“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, Xameneinin çıxışının yaxın saatlarda baş tutacağı gözlənilir. 

Canlı yayım ölkənin dövlət televiziyasında yayımlanacaq. Çıxışın məzmunu haqqında ətraflı məlumat verilmir.

***

Seyid Əli Xamenei ölkədəki etirazlarla bağlı çıxış edib. 

Xamenei ABŞ Prezidenti Donald Trampa xəbərdarlıq edərək, onun devrilə biləcəyini vurğulayıb.

“Tramp bilməlidir ki, firon, Nəmrud, Rza şah və Məhəmməd Rza kimi tiranlar öz təkəbbürlərinin zirvəsində olarkən devriliblər. O da devrilə bilər”, – Xamenei dövlət televiziyasında yayımlanan çıxışı zamanı bildirib.

Xamenei ölkəsinin iğtişaşlar qarşısında geri çəkilməyəcəyini vurğulayıb: “Hər kəs bilməlidir ki, İslam Respublikası yüz minlərlə şərəfli insanın qanı bahasına qurulub və təxribatçılar qarşısında geri çəkilməyəcək”. 

O, nümayişçiləri ABŞ Prezidentinin arzusunu reallaşdırmağa çalışmaqda ittiham edib:

“Etirazçılar onu sevindirmək istəyirlər. Əgər o, ölkəni idarə etməyi bacarsaydı, öz ölkəsini idarə edərdi”.

İranın ali rəhbəri həmçinin tərəfdarlarını bir olmağa çağırıb: “Əziz gənclər, hazırlığınızı və birliyinizi qoruyun. Vahid xalq istənilən düşməni məğlub edə bilər”.

Qeyd edək ki, İranda iqtisadi problemlər və milli valyutanın kəskin dəyər itirməsi səbəbindən başlayan etirazlar ölkənin müxtəlif bölgələrinə yayılıb. Təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində indiyədək 46 nəfərin həlak olduğu, onlarla insanın yaralandığı, iki mindən çox insanın isə saxlanıldığı bildirilir.

Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More