Azyaşlıya qarşı əxlaqsız hərəkət edən 5 nəfər saxlanıldı

“Azərbaycan Uşaqları” İctimai Birliyinin qaynar xəttinə 15 yaşlı qız tərəfindən müraciət daxil olub”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə sığınacağın rəhbəri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, 2011-ci il təvəllüdlü azyaşlı qız 3 nəfər tərəfindən cinsi zorakılığa məruz qaldığını iddia edib.

Əldə etdiyimiz məlumata görə, Beyləqan rayonunda 15 yaşlı uşağa qarşı seksual xarakterli hərəkətlər edilməsi ilə bağlı polisə məlumat daxil olub:

“Faktla bağlı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə 5 nəfər şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Araşdırmalar davam etdirilir”.

Aslan Vəliyev

Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More