İranda davam edən etiraz aksiyaları fonunda sosial şəbəkələrdə Rəşt şəhərində mülki əmlaka ziyan vurulmasını əks etdirən görüntülər yayılıb.
“Qafqazinfo” xəbər verir ki, yayılan görüntüdə iğtişaşlardan sonra mağazalara və vətəndaşların şəxsi nəqliyyat vasitələrinə ziyan dəydiyi əks olunub.
Qeyd edək ki, yerli mənbələr və bəzi insan haqları fəalları bu hərəkətlərin məqsədli şəkildə həyata keçirildiyini bildirirlər. Onların iddiasına görə, hakimiyyət qüvvələri şəhərdəki ictimai iaşə obyektlərini dağıtmaqla etirazçıları “iğtişaşçı” kimi qələmə vermək, aksiyaları xalqın gözündən salmaq və zorakılıq mühiti yaratmaq istəyirlər.
Mənbə: Qafqazinfo.Az
Comments are closed, but trackbacks and pingbacks are open.