Türkiyənin “Hürriyet” nəşrində paylaşılan xəbərlərə görə “Neftçi” klubu ilə təcrübəli çalışdırıcı Fatih Terim arasında danışıqlara start verilib.
Oxu.Az-a məsələ ilə bağlı açıqlama verən “Neftçi” klubunun mətbuat katibi Asəf Zeynalı xəbərin tamamilə əsasız olduğunu bildirib.
“Hazırda komanda olaraq bütün diqqətimizi qarşıdakı oyunlara yönəltmişik. Türkiyə mediasında paylaşılan xəbər isə əsassızdır”, – deyə A.Zeynallı bildirib.
Qeyd edək ki, “Neftçi” Azərbaycan Premyer Liqasının 9-cu turunda Gəncənin “Kəpəz” klubu ilə oktyabrın 4-də saat 17:00-da qarşılaşacaq.