Dubaya uçan sərnişin İsrailə raket hücumunu lentə aldı: Heyrətamiz görüntülər

Dubaya uçan sərnişin uçuş zamanı təyyarənin pəncərəsindən İsrailə raket hücumunu lentə alıb.

Bu barədə Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir.

Görüntülər “Roof of TurDom” Telegram kanalında yayımlanıb.

Pəncərədən bir-birinin ardınca təyyarəyə nisbətən yaxın uçan bir neçə raketi görmək mümkündür. Təyyarənin dəqiq haradan uçduğu isə açıqlanmayıb.

Daha əvvəl isə Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) İsrail, İran və İraq hava limanlarına və ya hava limanlarından uçuşlardan çəkinmək tövsiyəsi əsasında Rusiyanın bir neçə aviaşirkəti Moskva ilə BƏƏ arasında uçuşları təxirə saldığı məlumdur. Aviasiya səlahiyyətliləri bildiriblər ki, bölgədə mülki təyyarələr üçün təhlükəsizlik təhdidi mövcuddur.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More