İrəvanda etirazlar: Nümayişçilər televiziya binasına yürüş etdilər

İrəvanda etirazçılar İctimai telekanalın binasına yürüş ediblər.

Oxu.Az Ermənistan mediasına istinadən xəbər verir ki, mitinqinin başa çatmasından sonra etirazçıların lideri arxiyepiskop Baqrat Qalstanyan dağılışmamağı və İctimai Televiziyaya yürüş etməyi təklif edib.

O, etirazçılar üçün öz mövqeyini səsləndirmək məqsədilə efir vaxtı tələb edib.

İrəvanın Respublika meydanında arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən naminə Tavuş” müxalifət hərəkatının mitinqi keçirilir.

Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Qalstanyan bir müddət əvvəl Ermənistan vətəndaşlarını İrəvandakı mitinqə çıxmağa və mübarizənin yeni mərhələsinə qoşulmağa çağırıb.

Onun sözlərinə görə, Ermənistan vətəndaşlarının artıq məyusluq, acizlik və müzakirə üçün vaxtı yoxdur.

Hərəkat lideri tərəfdarlarının Ermənistanın baş naziri Nikol Paşinyanın istefasına nail olacağına da əmin olduğunu bildirib.

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More