KTM ötən ay zəhərlənənlərin sayını AÇIQLADI: Üç nəfər ölüb

Sentyabr ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 101 nəfər qəbul edilib.

Oxu.Az xəbər verir ki, bu barədə KTM məlumat yayıb.

Bildirilib ki, şöbəyə qəbul edilən xəstələrdən 40 nəfər dərmandan, 38 nəfər sirkə turşusundan, 9 nəfər ilan sancmasından, 4-ü fosfor üzvi birləşmələrdən, 2-si spirtli içkidən, 1 nəfər göbələkdən zəhərlənən şəxslərdir.

Həmçinin 6 nəfər allergik reaksiya, 1 nəfər isə anafilaksiya səbəbi ilə şöbəyə yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 3-ü (2 nəfər kişi cinsli, 1 nəfər qadın cinsli) dünyasını dəyişib.

Ölüm halları sirkə turşusu, psixotrop dərman zəhərlənmələrindən qeydə alınıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More