“Crocus City Hall”da baş verən terror aktı beynəlxalq xarakter daşıyıb, bu səbəbdən işin təhqiqatı xüsusilə çətindir, təşkilatçı və onun tərəfdaşları xaricdə gizlənirlər.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə işlər bağlı materiallarda bildirilir və TASS-ın əlində bu materialların nüsxələri var.
“Cinayət işinin təhqiqatı törədilmiş cinayətin beynəlxalq xarakterinə, cinayət təşkilatçıları və ortaqlarının Rusiya Federasiyasından kənarda olmasına görə xüsusilə çətinlik təşkil edir”, – deyə sənədlərdə qeyd edilir.
Vurğulanır ki, istintaq hadisənin törədilməsinin faktiki şərtləri, cinayətdə iştirak edən digər şəxslərin müəyyən edilməsinə yönəlmiş çox sayda istintaq və prosessual hərəkətlərin aparılmasına ehtiyac duyur.