“Maserati” şirkəti “MC20” superkarının unikal versiyasını hazırladı

“Maserati”nin yaradıcılarından birinin ailəsi “MC20” superkarının unikal versiyasını əldə edib.

Oxu.Az xəbər verir ki, bu barədə motor.ru məlumat yayıb.

O “Maserati per Maserati” adlanır və markanın qurucuları olan qardaşlardan biri Ettorenin nəvələri üçün yaradılıb.

İkiqapılı superkar mavi rəngə boyadılıb və ağ yarış zolaqları ilə bəzədilib. Rodsterin güc bloku dəyişməz olaraq qalıb.

İnteryerin əsas örtük materialı alkantaradır. Texnologiya baxımından heç bir dəyişiklik edilməyib.

Avtomobilin təqdimatı yaxın ailə mühitində baş tutub. Tədbirdə Ettore Maseratinin nəvələri ilə yanaşı, onun üç nəticəsi, həmçinin Ettorenin oğlu Karlo Maseratinin dul xanımı da iştirak edib. “Maserati” şirkətini kommersiya direktoru Luka Delfino, test sürücüsü Andrea Bertolini və Ağsaqqallar Şurasının vitse-prezidenti vəzifəsini tutan əfsanəvi Ermanno Kozza təmsil edib. Kozza 18 yaşında “Maserati”yə qoşulub və yarım əsrdən çox orada işləyib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More