COP29 Azərbaycan Əməliyyat Şirkəti beynəlxalq “ISO-450001” sertifikatına layiq görülüb

COP29 Azərbaycan Əməliyyat Şirkəti müstəqil nəzarət, audit, sertifikatlaşdırma və risklərin idarə olunması sahəsində ixtisaslaşmış qlobal “Bureau Veritas Certification Holding SAS” şirkətinin apardığı xarici audit prosesi nəticəsində beynəlxalq “ISO-45001” idarəetmə sistemi sertifikatını əldə edib.

Oxu.Az xəbər verir ki, sertifikat oktyabrın 2-də Azərbaycanda səfərdə olan “Bureau Veritas” şirkətinin rəsmisi Nahla Abid tərəfindən COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova ilə görüş zamanı təqdim olunub.

Görüşdə tərəflər təhlükəsiz iş mühitinin qurulmasının əhəmiyyəti barədə müzakirələr aparıblar. N.Abid sözügedən beynəlxalq sertifikatın əldə edilməsinin COP29 Azərbaycan ƏŞ tərəfindən dayanıqlı strateji yanaşma və əməyin mühafizəsi tədbirlərinin yüksək səviyyədə təmin olunmasının nəticəsi olduğunu qeyd edib. O, Əməliyyat Şirkətinin bu sahədə beynəlxalq standartlara uyğun fəaliyyət göstərməsinin təqdirəlayiq olduğunu bildirib. N.Carçalova bu nailiyyətin davamlı olaraq iş şəraitinin təkmilləşdirilməsinə və təhlükəsizliyin daha da artırılmasına töhfə verəcəyini vurğulayıb.

Qeyd edək ki, “ISO-45001” standartı müəssisələrdə qəzaların qarşısının alınması, əməyin mühafizəsi və işçilər üçün təhlükəsizlik şəraitinin təmin olunması məqsədilə tətbiq edilən qlobal səviyyəli idarəetmə sistemidir. Bu standartın məqsədi iş mühitinin sağlam və təhlükəsiz olmasını təmin etməklə yanaşı, əməyin təhlükəsizliyini artırmaq və mümkün riskləri minimuma endirməkdir. Bu sertifikatla COP29 Azərbaycan Əməliyyat Şirkəti işçilərinin sağlamlığını və təhlükəsizliyini təmin etmək üçün beynəlxalq standartlara uyğun sistemlər tətbiq etdiyini bir daha təsdiq edir.

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More